ABŞ-ın strateji bombardmançı təyyarələri Estoniyada təlim keçir

ABŞ-ın strateji bombardmançı təyyarələri Estoniyada təlim keçir

ABŞ-ın “Boeing B-52H Stratofortress” strateji bombardmançı təyyarələri çərşənbə günü müttəfiqlərlə birgə təlimlər çərçivəsində Estoniya üzərində uçub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-ın strateji bombardmançı təyyarələri “Boeing B-52H Stratofortress” təlimlər çərçivəsində Estoniya səmasında uçub. Onları Britaniya, Fransa və Rumıniya təyyarələri müşayiət edib”, - nazirliyin məlumatında qeyd olunub. Lakin bombardmançıların sayı dəqiqləşdirilməyib.

Qeyd edək ki, Birləşmiş Ştatların mütəmadi olaraq keçirdiyi belə təlimlərdə məqsəd müttəfiqlərin potensial böhranlara cavab verməkdə qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə