Rusiyanın Amur vilayətindəki Maqdaqaçi kəndindən olan tornaçı Roman Popov rayon hərbi komissarlığını yandırmağa cəhd etdiyinə görə bir il səkkiz ay müddətinə koloniyaya- cəza çəkməyə göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rayon məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.
O, əmlakı qəsdən məhv etməyə cəhddə təqsirli bilinib. Qeyd edək ki, yanğına cəhd 2023-cü il yanvarın 11-nə keçən gecə baş verib.
Müstəntiqlərin fikrincə, Popov “Molotov kokteyli”ni yandırıb və onu binanın pəncərəsindən atıb, lakin heç bir alışma olmayıb. Sonra o, guya başqa butulka atıb və hərbi komissarlığın binasının pəncərəsini sındırıb. Yanğını gözətçi görüb və Fövqəladə Hallar Nazirliyinə zəng edib.
Qeyd edək ki, sonradan tornaçının sərxoş olduğu meydana şıxıb. Amma...nə dəxli?
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından və prezident Vladimir Putinin səfərbərlik elanından sonra bütün Rusiyada müharibə əleyhdarları hərbi komissarlıqları, polis idarələrini və şəhər administrasiyasının binalarını yandırmağa başladılar.
Hazırda yüzə yaxın belə hal məlumdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB