Çin iyunda rekord həcmdə Rusiya nefti alıb

Çin iyunda rekord həcmdə Rusiya nefti alıb

2023-cü ilin birinci yarısında Çin Rusiyadan gündəlik 2,13 milyon barel neft idxal edib. “Financial Times” Çin gömrük məlumatlarına istinadən yazır ki, Moskva Səudiyyə Ərəbistanını qabaqlayaraq Pekinə ən böyük xammal tədarükçüsü olub.

İyun ayında Rusiyadan idxal tarixin ən yüksək göstəricisi olub - sonuncu aylıq rekordun müəyyən edildiyi mayda 2,3 milyon barellə müqayisədə 2,57 milyon barel…

“Financial Times”in hesablamalarına görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Rusiya neftinin idxalı artıb.

İdxalın artmasına təsir edən səbəblər arasında nəşrin ekspertləri Rusiyadan xammalın nisbi ucuzluğunu və ölkədə böhran zamanı Çinin neft məhsulları ixracının potensial artımını qeyd edirlər.

“…Bu, Səudiyyənin xammalının qısamüddətli rədd edilməsidir. Çinlilər öz təchizatçıları arasında tarazlığı qorumağa çox can atırlar”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Oksfordda Çinin enerji araşdırmalarının rəhbəri Michal Meidan deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə