Lukaşenka dost olmayan ölkələrə qarşı qanun imzalayıb

Lukaşenka dost olmayan ölkələrə qarşı qanun imzalayıb

Belarus prezidenti Aleksandr Lukaşenko dost olmayan dövlətlərin hərəkətləri ilə əlaqədar xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiqi və Belarusun hüquq, eləcə də qanuni maraqlarının müdafiəsi haqqında qanun imzalayıb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd iyulun 20-də rəsmi hüquqi internet portalında dərc olunub.

Qeyd edək ki, imzalanan sənədlə Aleksandr Lukaşenko dost olmayan ölkələrə qarşı məhdudlaşdırıcı tədbirləri qanuniləşdirib.

Beləliklə, sənəd bir sıra dövlətlərin qeyri-dost hərəkətlərinə görə xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiqi prinsipini və prosedurunu tənzimləyir.

Xüsusi məhdudlaşdırıcı tədbirlər dedikdə yalnız dost olmayan ölkələrin hərəkətlərinin mənfi nəticələrinin aradan qaldırılmasına və ya minimuma endirilməsinə yönəlmiş iqtisadi və digər əks-tədbirlər başa düşülür.

Qeyd edək ki, söhbət həm Belarusa idxala, həm də ölkədən müəyyən əmtəə qrupları və xidmətlərin ixracına, Belarus Respublikasının ərazisindən, o cümlədən hava məkanından istifadəyə və maliyyə əməliyyatlarına qadağaların və ya məhdudiyyətlərin müəyyən edilməsindən gedir.

Bundan əlavə, qanunda bildirilir ki, belaruslara və belarus təşkilatlarına qarşı xüsusi məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilməz.

Yeri gəlmişkən, qanun dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə