BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı məlum olub

BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı məlum olub

40-dan çox ölkə BRİKS assosiasiyasına qoşulmaq arzusunu ifadə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Cənubi Afrika Xarici İşlər Nazirliyində Asiya və BRİKS ölkələri üzrə səfir Anil Suklal bildirib.

Təşkilata üzv olmaq üçün rəsmi müraciət edən 22 ölkə ilə yanaşı, müqayisə olunan sayda ölkə qeyri-rəsmi olaraq qlobal Cənubun bütün əsas ölkələri də daxil olmaqla BRİKS-ə üzv olmaqda maraqlı olduğunu bildiriblər.

Yeri gəlmişkən, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bir müddət bundan əvvəl demişdi ki, BRİKS sözün əsl mənasında, birgə işdə iştirak etmək istəyən digər ölkələrin müraciətləri ilə doludur.

Uşakova görə, bu, ciddi məsələdir.

Xatırladaq ki, məlum olduğu kimi, BRİKS sammiti avqust ayında Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.

Belə ki, sammitin avqustun 22-dən 24-dək Sandton Beynəlxalq Konqres Mərkəzində keçirilməsi planlaşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə