Türkiyə taxıl dəhlizi sazişinin davam etdirilməsinin tərəfdarıdır

Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri dəniz piyada polkovniki Zəki Aktürk Rusiya tərəfindən dayandırılan taxıl təşəbbüsü ilə bağlı açıqlamalar verib.
Türkiyə taxıl dəhlizi sazişinin davam etdirilməsinin tərəfdarıdır

Türkiyə Qara dəniz taxıl dəhlizi sazişinin davam etdirilməsinin tərəfdarıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri dəniz piyada polkovniki Zəki Aktürk Rusiya tərəfindən dayandırılan taxıl təşəbbüsü ilə bağlı verdiyi açıqlamada deyib.

Z.Aktürk cari il ərzində təxminən 33 milyon ton taxıl və ərzaq məhsulunun mindən çox gəmi ilə ehtiyacı olan ölkələrə və qlobal bazarlara uğurla çatdırıldığını deyib.

Aktürk bəyan edib ki, iyulun 17-də Rusiya "Taxıl sazişi"nin müddətinin uzadılmayacağını və dayandırılacağını açıqlayıb:

"Ümid edirik ki, bu saziş davam edəcək, çünki saziş, qlobal ərzaq qiymətlərinin sabitləşməsinə böyük töhfə verir və bütün böhranların xoşməramlı və dialoqla həll oluna biləcəyini sübut edir".

Milli Müdafiə mənbələri də “Taxıl dəhlizinin yenidən açılması üçün müsbət atmosferin olub-olmaması” sualına "Biz bu müqavilənin hazırkı statusu ilə dördlü (Türkiyə-Birləşmiş Millətlər-Ukrayna-Rusiya) şəkildə davam etdirilməsinin tərəfdarıyıq. Bununla bağlı təşəbbüslərimizi və səylərimizi davam etdiririk. Təşəbbüslər davam etdikcə, İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin kifayət qədər kadrlarla fəaliyyət göstərməsini təmin edəcəyik" cavabını verib.

Mənbələr İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki Rusiyadan olan personalın vəziyyəti ilə bağlı suala “Rusiya personalı Mərkəzdən çıxıb” deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə