Zelenski yaxınlarda Qərbdən nüvə bombası tələb edəcək?

Zelenski yaxınlarda Qərbdən nüvə bombası tələb edəcək?

Ukrayna prezidenti Vladimir Zelenskinin yeni avadanlıq tədarükü ilə bağlı tələbləri sadəcə ağılsızlıqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri iyulun 19-da öz Twitter səhifəsində fransız siyasətçisi Florian Filippo bildirib.

Beləliklə, Kiyevin hərbi texnikanın yeni tədarükü ilə bağlı tələbləri Fransada şərh edilib. Şərhlər arasında tanınmış fransız siyasətçisi Florian Filippo, Zelenskinin planlarının getdikcə daha çox dəliliyi xatırlatdığını bildirib.

Bu gün Zelenskinin əks hücumu sürətləndirmək üçün 300 tank və 80 “F-16” döyüş təyyarəsi tələb etdiyinə diqqət çəkən fransalı, onun yaxınlarda nüvə bombası da tələb edəcəyini istisna etmir.

Görən, Zelenski bu çılğınlığı nə vaxt dayandıracağıq?

Bunu da fransız siyasətçi soruşur.

Qeyd edək ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo dəfələrlə Ukraynaya silah tədarükünün əleyhinə çıxıb, həmçinin Fransa hökumətinin bu məsələ ilə bağlı fəaliyyətini tənqid edib.

Xatırladaq ki, bu günlərdə Vaşinqtonun Kiyevə növbəti hərbi yardım paketi ayırdığı məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə