İngiltərə "Vaqner"lə əlaqəsi olan səkkiz şəxsi qara siyahıya salıb

İngiltərə "Vaqner"lə əlaqəsi olan səkkiz şəxsi qara siyahıya salıb

Böyük Britaniyanın Maliyyə Nazirliyi Mali, Mərkəzi Afrika Respublikası və Sudan üçün sanksiya siyahısına 8 fiziki və 5 hüquqi şəxs daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, sanksiyalar, xüsusən, Malidəki “Vaqner” PMC-nin rəhbəri olan 1980-ci il təvəllüdlü İvan Maslova şamil edilib.

Bundan əlavə, Mərkəzi Afrika Respublikası prezidentinin təhlükəsizlik üzrə müşaviri, qrupun bu ölkədə fəaliyyətinə rəhbərlik edən Vitali Perfiliyevə də məhdudiyyətlər qoyulub.

Sudan üçün qara siyahıya “Vaqner” qrupu, “Meroe Gold” və “M-Invest” rəhbərliyi ilə əlaqəsi səbəbindən ölkədə sabitliyi təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan Mixail Potepkin də var.

Sanksiyalar Konstantin Pikalov, Andrey Mandel, Mixail Aleksandr Maloletko, Aleksandr İvanov, həmçinin Belarus vətəndaşı Dmitri Sytoya qarşı da tətbiq edilib.

Hüquqi şəxslər siyahısına London “Vagner” PMC ilə əlaqəli hesab etdiyi “M-Invest”, “Meroe Gold”, “Lobaye Invest SARLU”, “Sewa Security Services”, “Alsolag Mining Co Ltd”da daxil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə