Gürcüstan Rusiyadan təbii qaz idxalını artırıb

Gürcüstan Rusiyadan təbii qaz idxalını artırıb

Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır, lakin Rusiyanın Gürcüstan bazarındakı payı artıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatları sübut edir.

Qeyd edək ki, agentlik idxal olunan yanacağın maya dəyəri ilə bağlı məlumat dərc edir. Beləliklə, Rusiyadan minimum qaz idxalı 2018-ci ildə 7,8 milyon dollar təşkil edib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2021-2022-ci illərdə Rusiyadan qaz idxalının payı 20 faizi ötüb, 2023-cü ilin altı ayı ərzində isə 29,2 faiz təşkil edib.

Onu da qeyd edək ki,

Rusiyadan idxalda ən nəzərəçarpacaq artım ötən ilin sonu və bu ilin əvvəlində olub. 2022-ci ilin noyabrında Rusiyadan qaz idxalı 20,9 milyon dollar (ümumi idxalın 40 faizi), dekabrda 38 milyon dollar (45 faizi), 2023-cü ilin yanvarında 33,3 milyon dollar (37 faizi), fevralda 32,9 milyon dollar (39 faiz) təşkil edib.

Bu ilin yanvar-iyun aylarında alınan Rusiya qazının ümumi dəyəri 78 milyon dolları ötüb (keçən ilin birinci yarısı ilə müqayisədə 140 faiz artıb).

Yeri gəlmişkən Gürcüstan hakimiyyəti Rusiyadan qaz idxalının artmasının səbəbini açıqlamayıb.

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmania daha əvvəl idxalın artımını “narahatedici deyil” və əsasən qazın Ermənistana tranziti ilə bağlı olduğunu demişdi.

İdxal olunan qazın həcminə gəlincə, müvafiq statistik məlumatlar komissiyanın saytında bu dərc olunub.

Baxın, 2018-ci ildə Rusiyadan qaz idxalı 39 milyon kubmetr, 2019-cu ildə 162 milyon kubmetr, 2020-ci ildə 204 milyon kubmetr, 2021-ci ildə 397 milyon kubmetr, 2022-ci ildə 520 milyon kubmetr təşkil edib.

Bundan əvvəl KİV-lər Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqına istinadən, bu il Rusiyadan tədarük edilən maye qazın idxalının 43,4 faiz artdığını yazmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə