"Bu vəziyyət dünyada ciddi ərzaq böhranına səbəb olacaq”

"Bu vəziyyət dünyada ciddi ərzaq böhranına səbəb olacaq”

Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrell Rusiyanın taxıl sazişindən çıxdığını, Ukrayna limanlarını bombalayaraq həmin zamanda taxılı yandırdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Borrel “bu vəziyyət dünyada ciddi ərzaq böhranına səbəb olacaq” deyə bildirib.

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri toplantısından əvvəl jurnalistlərə açıqlama verən Borrell Ukraynadakı vəziyyətin əsas gündəm maddələri arasında olduğunu bildirib.

Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell "Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib. Onlar həmin zamanda taxılı yandırırlar" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə