Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 20-də videobağlantı vasitəsilə BRICS xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“İştirakçılar BRİCS strateji tərəfdaşlığının möhkəmləndirilməsi, o cümlədən onun institusional inkişafı məsələlərini müzakirə edəcək və avqustun 22-24-də keçiriləcək BRİCS-in 15-ci sammitinə hazırlıqlara xüsusi diqqət yetirəcəklər”, - diplomat əlavə edib.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB