Nablus şəhərindəki Yusif məqbərəsi yaxınlığında İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli gənc həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam Nablusda Yusif Məqbərəsinə basqın edən yəhudi köçkün qrupunun təhlükəsizliyi üçün yerləşdirilən İsrail qüvvələri ilə basqının qarşısını almaq istəyən fələstinlilər arasında insident yaşanıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail gülləsi nəticəsində həyatını itirən Bədr Sami Ribhi əl-Misridən (19) başqa ikisi ağır yaralanan 3 nəfərin Rafidiya Xəstəxanasında müalicə olunduğu qeyd edilib. Digər tərəfdən, Qızıl Ayparanın Nablusdakı təcili yardım mərkəzinin müdiri Əhməd Cibril hadisələrin yatırılması üçün gözyaşardıcı qazın sıx istifadəsi nəticəsində 30 nəfərin tənəffüs yollarına böyük ziyan vurulduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB