Çin və Rusiya birgə təlimə başlayıb

Çin və Rusiya birgə təlimə başlayıb

Yapon dənizində Rusiya-Çin hərbi dəniz qüvvələrinin “Şimal qarşılıqlı fəaliyyət-2023” birgə təlimləri başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təlimlərin məqsədi iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.

Məlumata görə, birgə praktiki tədbirlər zamanı sualtı qayıqlara qarşı tapşırıqlar və dəniz döyüşləri, gəmilərin dəniz və havadan müşayiəti, Yapon dənizinin sularında və hava məkanında rabitənin təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılacaq.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə