Ukraynada 22 min "Vaqner" muzdlusu öldürülüb?

Ukraynada 22 min "Vaqner" muzdlusu öldürülüb?

2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlanmasından 2023-cü ilin mayında Baxmutun tutulmasına qədər 22 mindən artıq “Vaqner” muzdlusu öldürülüb. Rusların etirafına görə, bu cəbhədə döyüşən hər üç döyüşçüdən biri deməkdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir qiymətləndirmə PMC-yə yaxın olan "Unloading Wagner" teleqram kanalı tərəfindən yayımlanıb.

Deməli, teleqram kanal hazırda “Vaqner” sıralarında döyüşən komandirin dediklərinə istinad edir.

Beləliklə, həmin komandirirn sözlərinə görə, müharibə zamanı “Vaqner”dən ümumilikdə 78 min insan keçib ki, onların da 49 mini Rusiya koloniyalarından gətirilənlərdir. Komandirirn iddiasına görə, qeyr-rəsmi məlumatlarda 40 min insan yaralanıb.

Qeyd edək ki, Rusiya qoşunlarının yalnız bir vahidinin iddia edilən itkiləri, Əfqanıstandakı müharibədə ölənlərin sayından 46 faiz çoxdur (xatırladım ki, həmən dövrdə sovet qoşunları təxminən 15 051 əsgər və zabit itirmişdi-A.B.), bundan əlavə Birinci Çeçenistan Müharibəsində Rusiya ordusunun bərpa olunmaz itkilərindən dörd dəfə çoxdur.

(Doğrudan da 22 min nəfərə qədər əhalisi olan balaca bir şəhər, Baxmutu deyirəm, Rusiya döyüşçülərinə “dağ çəkib” -A.B.),

Xatırladaq ki, açıqlanan itkilər Rusiya tərəfindəki rəsmi və yarı rəsmi mənbələr tərəfindən bildirilən ən yüksək itkidir. Onu da qeyd edək ki, Moskva ölənlər barədə məlumat vermir. Müdafiə Nazirliyi sonuncu dəfə 2022-ci ilin sentyabrında həlak olanların ümumi sayının 5937 olduğunu açıqlamışdı. O zaman hətta Rusiyanın hərbyönlü icmasında belə hesablamalar tənqid olunurdu: söhbətin müharibədə iştirak edən digər güc strukturları və birləşmələrini nəzərə almadan yalnız Rusiya ordusunun hərbi personalından getdiyi iddia edilirdi.

Yeri gəlmişkən, “Meduza” və “Mediazona” nəşrləri tədqiqat apararaq Ukraynadakı genişmiqyaslı işğalda öldürülən iki rus əsgərindən birinin “Vaqner” üzvü olduğu qənaətinə gəlib.

Hazırda “Vaqner” müharibədəki iştirakını başa vurduğunu elan edib. Bu günlərdə video yayımlayan “Vaqner”- in rəhbəri Yevgeni Priqojin cəbhədə “iştirak etməyimiz lazım olmayan bir rüsvayçılıqdır”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə