Fransada iğtişaşlar zamanı saxlanılanların üçdə biri yeniyetmələrdir
Fransada polisin 17 yaşlı gənci güllələyərək öldürməsindən sonra ölkəni bürümüş iğtişaşlar zamanı ümumilikdə 3,8 min nəfəri saxlanılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Cerald Darmanin bildirib.
Qeyd edilib ki, saxlanılanların üçdə biri yeniyetmələrdir, onların orta yaşı 17-18-dir.
Bundan əvvəl Fransanın ədliyyə naziri Erik Düpon-Moretti demişdi ki, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB