Avropa mediası xəbər verir ki, Cənubi Avropanın bir sıra ölkələrində, xüsusən də İspaniya və İtaliyada anomal istilər davam edir.
Belə ki, Siciliyada gün ərzində havanın temperaturu Selsi üzrə 47 dərəcəyə yaxınlaşıb. Adanın səhiyyə xidmətləri xəstəxanaya müraciətlərin 20 faiz artdığını bildirir.
İtaliyanın ən azı 20 şəhəri istilər səbəbiylə səlahiyyətlilər tərəfindən qoyulan təhlükə səviyyəsini artıraraq fəaliyyətini davam etdirir. Söhbət başqa şeylərlə yanaşı, Roma, Florensiya və Boloniyadan gedir. İtaliyanın səhiyyə naziri Orazio Şilakçi şəhər sakinlərini və turistləri daha ayıq olmağa və saat 11:00-dan 18:00-a kimi birbaşa günəş şüasından çəkinməyə çağırıb. Bundan əlavə, Romada kondisionerlərdən istifadənin artması fonunda elektrik enerjisinin kəsildiyi bildirilir.
İspaniyanın meteoroloji xidmətləri çərşənbə günü sahil sularında rekord temperatur olduğunu bildirib. Belə ki, su orta hesabla 24,6 dərəcəyə qədər istiləşib ki, bu da orta göstəricidən 2,2 dərəcə yüksəkdir. Bəzi yerlərdə suyun temperaturu 28 dərəcəni keçib.
Hazırda Yunanıstan və Kiprdə də çətin vəziyyət müşahidə olunur. Yunanıstan sinoptikləri ölkənin şərqində 39, qərbdə isə 41 dərəcə istiliyin olduğunu qeyd edirlər.
Bundan əlavə, həftə sonuna qədər Afinada 43 dərəcə isti gözlənilir. Kiprdə temperatur təxminən 40 dərəcə Selsi səviyyəsində qeydə qalxır. Qeyd edək ki, cümə və şənbə günləri vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır.
Bu ərəfədə Fransanın cənub-şərqində bir sıra regionlarda temperatur rekordları qeydə alınıb. Ariege departamentində meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq hava 40,6 dərəcəyə qədər istiləşib. Rekord temperatur Korsikanın Renno şəhərində də qeydə alınıb - 38,3 dərəcə.
Bundan əlavə, Nitsa yaxınlığındakı Aralıq dənizində su 29,2 dərəcəyə qədər istiləşib ki, bu da bu regionda rekord göstəricidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB