Bu arada “Vaqner” rəhbəri Priqojin Rusiya koloniyalarından “səfərbər” etdiyi keçmiş məhbusları evlərinə buraxmaq qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, indi Anapa otellərində əfv gözləyən çoxlu muzdlular var.
Rus nəşrlərinin yazdıqlarına görə, hazırda müqaviləsi bitməmiş hər kəs Anapaya aparılıb.
Bu arada “Vajnıe istorii” nəşrinin əməkdaşı kimi təqdim edən biri, özünü muzdluların qohumu kimi təqdim edərək onların dörd qohumu ilə də əlaqə saxlayıb. Onların hamısının Anapadakı otellərdə keçmiş məhbusların olmasını təsdiq ediblər.
Qohumların dediyinə görə, bütün məhbuslar evlərinə getmək üçün otellərindən buraxılacaq, sonra istəsələr, “Vaqner”lə müqaviləni uzada, Belarus və ya Afrikaya gedə biləcəklər.
Bundan əlavə, keçmiş məhbusların Vityazevo kəndindəki “Relax”, “Cactus” və “Calypso” otellərində yerləşdirildikləri bildirilir. Ümumilikdə, orada təxminən 400 vaqneritin olduğu deyilir. Otel sakinlərindən birinin sözlərinə görə, onlara əfv və ödənişlər alana qədər otellərin ərazisini tərk etməyə icazə verilmir.
Qeyd edək ki, bundan əvvəl “Vaqner” muzdlularının Krasnodarda bir çox otelləri zəbt edib sərxoşluq və xuliqanlıqla məşğul olduqları barədə şikayətlər gəlməkdə idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB