Partlayış çərşənbə günü, iyulun 19-da Cənubi Afrikanın ən böyük şəhərlərindən birinin - Yohannesburqun mərkəzində baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli “SABC News” telekanalı yayıb.
Fövqəladə hallar xidmətinin məlumatına görə, qaz kəmərinin metropolün biznes məhəlləsində magistral yolun altından keçən hissəsi partlayıb. Nəticədə yolun bir hissəsi dağılıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, partlayış zonasında çoxlu sayda yoldan keçən və avtomobillərdə olan insanlar xəsarət alıb. Yohannesburq şəhər mərkəzinin əhəmiyyətli hissəsi mühasirəyə alınıb. Hadisə yerində xilasetmə xidmətləri və polis işləyir.
Yeri gəlmişkən, Bundan əvvəl Kabardin-Balkarın Baksan şəhərində kafedə baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə Delmar müəssisəsində baş verib, partlayış dalğası nəticəsində pəncərə və qapılar sınıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB