Rusiya öz vətəndaşlarından “qalxanı" kimi istifadə edir...

Rusiya öz vətəndaşlarından “qalxanı" kimi istifadə edir...

İyulun 17-də Krım körpüsündə baş verən partlayışlar nəticəsində iki mülki şəxs həlak olub. Ukrayna İctimai Palatası bəyan edib ki, Rusiya öz vətəndaşlarını bu cür obyektlər üçün əsil “qalxanı” edir.

Bu, sırf sinizmdır. Şiddətli döyüşlər zamanı rəsmi Moskva mülki turistləri işğal altında olan Krımın ən qaynar nöqtələrinə göndərərək, Ukrayna Silahlı Qüvvələrini dinc əhalinin ölümündə günahlandırmaq üçün təhlükəli vəziyyətlər yaradır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidentinin Aparatının rəhbəri Mixail Podolyak Twitter-də yazıb.

Onun sözlərinə görə, “bir damla belə sağlam düşüncəsi olan hər kəs bu gün Ukrayna cənubundan mümkün qədər uzaqda olmalıdır”.

Yeri gəlmişkən, Ukrauyna saytları Krım körpüsündəki aşırımlardan birinin “partladılmasını” rusların özləri ilə əlaqələndirirlər.

Belə ki, Rusiya Federasiyası özünəməxsus ənənəvi terror aktlarından birinin həyata keçirildiyini əsas gətirərək, Ukraynanı ittiham edərək dərhal cavab verəcəkləri ilə hədələyiblər.

Mütəxəssislərin fikrincə, hücumun arxasında Rusiya Federasiyasının özünün Ukraynaya hücumu üçün işə saldığı İranın “Şahed” pilotsuz təyyarəsi dayana bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə