İki ölkə arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb

İki ölkə arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında ümumi dəyəri 50,7 milyard dollar olan 13 sənəd imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, imzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Həmçinin tərəflər Türkiyə və BƏƏ prezidentlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Şuranın yaradılması barədə razılığa gəliblər. Bununla Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə