Moskvanın Meşçanski Rayon Məhkəməsi Sankt-Peterburqun keçmiş vitse-qubernatoru Vladimir Lavlentsevi iki aylıq ev dustaqlığına göndərib.
SİA-nın əldə etdiyi məlumata görə,bu barədə “Fontanka” xəbər verir.
Nəşrin məlumatına görə, ona qarşı “SKA Arena” xokkey stadionunun tikintisi zamanı xüsusilə külli miqdarda dələduzluq etdiyinə görə cinayət işi başlanıb.
Maraqlıdır ki, “Fontanka”nın mənbələri söhbətin 3 milyard rubl məbləğdən getdiyini deyirlər.
Qeyd edək ki, Vladimir Lavlentsev moskvalıdır, MDBMİ-ni bitirib, bundan sonra 2000-ci illərin ortalarından uzun müddət paytaxtın şəhərsalma siyasəti şöbəsində işləyib və şəhər merinin köməkçisi Sergey Sobyaninin müavini olub.
2013-cü ildə Lavlentsev Sankt-Peterburqun vitse-qubernatoru təyin edilib. O, mənzil-kommunal təsərrüfatı, abadlıq və energetikaya nəzarət edib. Həmin ərəfədə Georgi Poltavçenko şəhərin başçısı olub.
Yeri gəlmişkən, Vladimir Lavlentsev tikintisi zamanı oğurladığı ehtimal olunan “SKA Arena” xokkey stadionu 22 min tamaşaçı tutumuna malik dünyanın ən böyük stadionlarından biri olmalı idi.
Bildirilib ki, tikintinin planlaşdırılan dəyəri 37 milyard rubl təşkil edir ki, bunun da təxminən 10 milyardı şəhər büdcəsindən ayrılmalı idi. Tikinti 2023-cü il Buzda Xokkey üzrə Dünya Çempionatına qədər başa çatdırılmalı idi, lakin hələ tamamlanmayıb. Turnirin özü Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar olaraq Rusiyadan Finlandiya və Latviyaya köçürülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB