ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, yardım paketinə dörd NASAMS hava hücumundan müdafiə sistemi, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər və döyüş sursatları daxildir. Bu silahlar ABŞ tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün istehsalçılardan və ya tərəfdaşlardan alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB