Krımın Kirovski rayonundakı hərbi poliqonda döyüş sursatlarının bir hissəsi yanğın nəticəsində partladılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublika rəhbəri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putinin hökumətlə görüşündə bildirib.
Onun sözlərinə görə, təxminən səhər saat dörd radələrində” poliqonda yanğın olub, daha sonra yanğın nəticəsində bu poliqonda saxlanılan silah-sursatın bir hissəsi partlayıb .
Aksyonov onu da əlavə edib ki, yanğından sonra 217 nəfər, o cümlədən 55 uşaq müvəqqəti yaşayış yerlərində qalır. Regionun səlahiyyətliləri vəziyyətin bir gün ərzində normallaşacağını gözləyirlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB