Avropa fiaskosu..?

Avropanın Latın Amerikası regionunda siyasətinin iflasa uğraması ölkə liderlərinin Brüsseldə keçirilən sammiti fonunda Qərb mətbuatı tərəfindən müzakirə edilir.

“The Financial Times” yazır ki, iki günlük danışıqlardan sonra yekun bəyanat Avropa diplomatlarının Latın Amerikasında Ukraynaya qarşı öz mövqelərini tətbiq etməyə çalışması səbəbindən heç vaxt imzalanmayıb.

Yuxarıda yazılanları SİA-nın rus saytlarından əldə etdiyini nəzərə alsaq, təbii ki, bu fikirlərin birtərəfli olması qənaətinə gəlmək olardı.

Amma deyim ki, ruslar yazdıaqları ilə bağlı əsas da gətirirlər.

Məsələn, rusların yazdığına görə, guya Avropa İttifaqı Argentinanı BRİKS-ə qoşulmamağa çağırıb.

...Bununla belə, rusların təəbirincə, Qərb çətin ki, ittifaqın genişlənməsinin qarşısını ala bilsin. Belə ki, bu təşkilata yeni ölkələrin daxil olması artıq avqustda müzakirə olunacaq və sonda 50-yə qədər dövlət BRİKS-ə daxil ola bilər.

Deyilənlərə görə, bundan əvvəl 8 üzvü olan BRİKS-ə indi Səudiyyə Ərəbistanı doqquzuncu üzv kimi qoşulmaq üçün danışıqlara başlayıb.

Qeyd olunur ki, krallığın üzvlüyü yalnız pul və ticarət əlaqələri məsələsində Qərb təşkilatlarına alternativ olaraq yaradılmış layihənin bütün iştirakçılarının əlaqəsini gücləndirəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə