“Kiyev çətin ki, nə vaxtsa tam ayaqları üzərində dayana biləcək”

“Kiyev çətin ki, nə vaxtsa tam ayaqları üzərində dayana biləcək”

ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin veteranı Erik Kramer “qurbanlar çoxdur” deyə Kiyevin böyük itkilər verdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun müsahibəsi “Newsweek” jurnalında yer alıb.

O, öz sözlərini yaralıların qəbulu məntəqəsində işləyən həkimlərin hekayələri ilə əlaqələndirib.

“Rəqəm vermək istəmirəm, çünki hər şey subyektivdir, lakin onlar bir neçə ay əvvəl olduğundan üç dəfə çox qurban görürlər. Bu, olduqca dəhşətlidir”-deyə Kramer bildirib.

Veteran hərbçinin fikrincə, Kiyev rejiminin çətin ki, nə vaxtsa tam ayaqları üzərində dayana biləcək.

Qeyd edək ki, Ukraynanın Yujno-Donetsk, Artyomovsk və ilk növbədə Zaporojye istiqamətlərində əks-hücum əməliyyatı iyunun 4-də başlayıb. Kiyev NATO tərəfindən təlim keçmiş, Qərb texnologiyaları ilə silahlanmış briqadalar, o cümlədən “Leopard” tankları ilə təchiz olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə