İrlandiya da Ukraynaya yardım əlini uzatdı...

İrlandiya da Ukraynaya yardım əlini uzatdı...

İrlandiya Ukraynaya humanitar yardım üçün əlavə 5 milyon avro göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Kiyevə səfəri zamanı ölkənin baş naziri Leo Varadkar deyib.

“Prezident Zelenskiyə və Ukrayna xalqına söz verdim ki, biz həm praktiki, həm də siyasi dəstəyimizi davam etdirəcəyik”, – Varadkar bildirib.

Qəzetin qeyd etdiyi kimi, bu vəsait Kaxovka su elektrik bəndinin dağıdılmasının nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə