Polyaklar yenə də rus şpionu tutublar, amma bu dəfəki...

Polyaklar yenə də rus şpionu tutublar, amma bu dəfəki...

Polşada casus şəbəkəsinin üzvləri Rusiya kəşfiyyatına işləmək ittihamı ilə saxlanılıblar.

Ruslar yazırlar ki, polyakların iddiasına görə, guya onlar Ukraynaya silah və humanitar yardım daşıyan qatarı partlatmağa hazırlaşırmışlar,

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, casus şəbəkəsi respublikanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Lyublin prokurorluğu ilə birlikdə üzə çıxarılıb. Maraqlıdır ki, Polşa hakimiyyət onu ölkə tarixində ən böyük şəbəkə adlandırır.

Qeyd edək ki, bu ilin martından iyul ayına kimi casusluqda ittiham olunan 15 nəfər həbs edilib.

Polşanın “Gazeta Polska” nəşri müttəhimlərin on ilə qədər həbs ala biləcəklərini yazır . Onu da qeyd edək ki, saxlanılanlar arasında Belarus, Rusiya və Ukrayna vətəndaşları da var.

Qəzetin yazdığına görə, agentlərə “birbaşa Moskvadan göstərişlər verilib” və tapşırıqları yerinə yetirdikdən sonra onlar kriptovalyuta ilə, əsasən bitkoinlərlə mükafatlandırılıb və sonradan bu bitkoinlər nağd pula dəyişdirilib.

İş materialları 66 cilddən ibarətdir. “Gazeta Polska”nın məlumatına görə, casus şəbəkəsi bu ilin əvvəlində, Ukraynada hərbi əməliyyatların başlanmasından bir il keçməmiş yaradılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə