Dağıstanda Yelena İsinbayeva adına stadionun adı dəyişdirilir?

Dağıstanda Yelena İsinbayeva adına stadionun adı dəyişdirilir?

Bu arada Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqaladakı stadionun adının dəyişdirilməsi zərurətini açıqlayıb.

Maraqlıdır ki, hazırda Dağıstan paytaxtındakı stadion dayaqla tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayevanın adını daşıyır.

O da maraqlıdır ki, stadionun adının dəyişdirilməsinə əsas səbəb İsinbayevanın Rusiyada ara qarışandan sonra İspaniyaya köçüb orada özünü “dünyanın adamı” adlandırması ilə bağlı açıqlaması olub.

Ey gidi dünya! Qeyd edək ki, İsinbayeva əvvəllər Rusiya prezidenti Vladimir Putinin etibarlı adamı olub və hətta mayor hərbi rütbəsinə qədər yüksəlib(?).

İndi Melikov iddia edir ki, 2017-ci ildən İsinbayevanın adını daşıyan stadion guya “şəhərlilərin rəyi nəzərə alınmadan tələsik” adlandırılıb.

Rəsmi vurğulayıb ki, idmançı heç vaxt "həyatını, keçmişini və gələcəyini" Dağıstanla bağlamayıb.

Yeri gəlmişkən, Melikov stadionun adının dəyişdirilməsinə “səbəb” və “ciddi siqnal” kimi “idmançının kordon arxasından verdiyi son açıqlamaları” göstərib. Dağıstan rəhbərinin fikrincə, obyektin yeni adını dağıstanlıların özləri seçsələr, düzgün olar. O, bu işi təşkil etməyi respublika İdman Nazirliyinə və Mahaçqala şəhər meriyasına tapşırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə