Avropa İttifaqına növbə - 500-dən çox yük maşını...

Avropa İttifaqına növbə - 500-dən çox yük maşını...

Belarusun Dövlət Sərhəd Komitəsi Avropa İttifaqına daxil olmaq üçün yük maşınlarında xeyli növbə yarandığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda qeyri-rəsmi hesablamalara görə, 560-a yaxın yük maşını Avropa İttifaqına ölkələrinə yola düşmək üçün növbədədirlər.

Bu barədə iyulun 19-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Avropa İttifaqı ölkələrinə daxil olmaq üçün bütün istiqamətlərdə avtomobillərin növbəsi müəyyən edilib.

Qeyd edildiyinə görə, ən sıx marşrutlar Litva keçid məntəqələrindən keçir.

Gün ərzində qonşu tərəf normadan cəmi 31 faiz avtomobil buraxıb. Ümumilikdə 510 avtomobil Litvaya daxil olmaq üçün növbədədir.

Belarus sərhədçilərinin məlumatına görə, ən çox avtomobil Belarus-Polşa sərhədində Brest keçid məntəqəsinin qarşısında qeydə alınıb - 20 avtomobil və 2 avtobus.

Yük maşınlarının Polşaya daxil olmasına gəlincə, burada “Kukurıki” keçid məntəqəsinin qarşısında 50-dən çox yük maşını çıxmaq üçün növbəsini gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə