Avro zonasında inflyasiya yavaşlayır

Avro zonasında inflyasiya yavaşlayır

Avropa Statistika İdarəsi iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, avro zonasında may ayında yüzdə 6,1 olan illik inflyasiya, iyun ayında yüzdə 5,5 olaraq ölçülüb. Aİ-də may ayında yüzdə 7,1 olan illik inflyasiya iyunda yüzdə 6,4 olub. Avro zonasında inflyasiyanın 2,35 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,31 faizini xidmətlər, 1,42 faizini isə qeyri-enerji sənayesi məhsulları təşkil edib.

İyun ayında Macarıstanda illik inflyasiya 19,9 faiz, Slovakiyada 11,3 faiz, Çexiyada 11,2 faiz təşkil edib. Sözügedən dövrdə inflyasiya İtaliyada 6,7 ​​faiz, Almaniyada 6,8, Fransada isə 5,3 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə