“Macarıstan OTP” bankı Ukraynanın “müharibənin beynəlxalq sponsorları” siyahısından çıxarılmayana qədər Avropa Birliyinə Avropa Sülh Fondunun vəsaitlərindən Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün istifadə etməyə icazə verməyəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto Yəmənli həmkarı ilə görüşdən sonra Budapeştdə mətbuat konfransında çıxışı zamanı deyib.
O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Macarıstan hökumətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.
"Ukrayna bu bankın rəhbərlərini və bankın özünü bu siyahıdan çıxarmayana qədər Macarıstan Avropa İttifaqının Avropa Sülh Fondu adlanan qurumdan əlavə 500 milyon avro tələbini dəstəkləməyəcək", - XİN rəhbəri bildirib.
Szijarto bildirib ki, Ukrayna hakimiyyəti “OTP”yə qarşı irəli sürülən iddiaların əsassız olduğunu yaxşı bilir, lakin nədənsə Macarıstan bankını qara siyahıdan çıxarmaqdan imtina edirlər.
"Onlar bunu etməyənə qədər biz öz mövqeyimizdən sadiq qalacağıq, heç bir silah təchizatı Avropa Sülh Fondundan maliyyələşdirilməyəcək", - deyə, nazir bildirib.
Bundan əvvəl o, təxminən 3 milyon insanın hesabının olduğu ən böyük Macarıstan bankının Ukraynanın "müharibənin beynəlxalq sponsorları" siyahısına salınmasının qəbuledilməz və qalmaqallı olduğunu bildirib. Szijarto xəbərdarlıq edib ki, Kiyev “OTP” Bankı bu siyahıdan çıxarmasa, Budapeşt Avropa Sülh Fondundan 500 milyon avronun ayrılmasına icazə verməyəcək və həmçinin Ukrayna ordusuna silah tədarükünün maliyyələşdirilməsi ilə bağlı digər təkliflərlə razılaşmayacaq.
Budapeşt uzun müddətdir ki, Kiyevdən “OTP”ni qara siyahıdan çıxarmağı tələb edib və Aİ liderlərinin bununla bağlı Ukrayna hakimiyyətinə təzyiq göstərməsini təklif edib. Mayın 4-də Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi Macarıstanın “OTP” bank qrupunu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib. Əvvəllər agentlik bu siyahıya bir sıra digər xarici şirkətləri də daxil edib ki, onlar da Rusiya bazarında öz yerini saxlayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB