Hindistanda transformator partlayıb - 15 nəfər ölüb

Hindistanda transformator partlayıb - 15 nəfər ölüb

Hindistanın Uttarxand əyalətində Qanq çayını qorumaq üçün kanalizasiya sisteminə qoşulan təmizləyici qurğuda transformator partlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisədə 1-i polis, 5-i daxili təhlükəsizlik işçisi olmaqla 15 nəfərin həyatını itirdiyini, ən azı 6 nəfərin yaralandığını açıqlayıb. Yaralıların xəstəxanada müalicəsi davam edir.

Polis hadisənin gecə baş verdiyini, lakin xəbərin səhər saatlarında edildiyini bildirib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə