İsrail Livanla sərhəddə beton maneələr qoyur

İsrail Livanla sərhəddə beton maneələr qoyur

İsrail ordusu iki ölkə arasında mübahisəli ərazi sayılan və Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələrinin nəzarətində olan sərhəddə beton maneələr yerləşdirib.SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 1967-ci ildən işğal etdiyi və son günlər gərginliyin yenidən artdığı Kefr Şuba bölgəsinə yaxın sərhəd xəttində gecə saatlarında başladığı möhkəmləndirmə işlərini davam etdirir.

Livanla İsrail arasında 120 kilometrlik sərhəd xətti var. İsrail sərhədin bəzi yerlərində məftil hörərkən, bəzi nöqtələrdə beton divarlar hörür. Livan hökuməti hələlik İsrailin sərhəddə apardığı son işlərə münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə