Krım körpüsü niyə vacibdir? - POLİTOLOQ ŞƏRH ETDİ

Krım körpüsü niyə vacibdir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Krım körpüsü ilə bağlı iki dəfə hücum həyata keçirilib və Rusiya fövqalədə vəziyyət elan edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi rəsmi şəkildə bu körpünün yalnız mülki vətəndaşların gediş-gəlişi üçün olduğunu vurğulayır: “Amma düşünürəm ki, bu sırf Rusiya qoşunlarının Krımda hərbi təchizatını həyata keçirir. Hesab edirəm ki, fövqalədə vəziyyətin elan olunması burada yüksək təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini göstərir. Eyni zamanda mülki şəxslərin də giriş-çıxışına qadağa qoyulacaq. Artıq Krım körpüsü də hərbi məsələlər üçün istifadə edildiyinə görə Ukraynanın hədəfindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə