Çexiyada prezidenti elektron poçtla hədələyən şəxs həbs edilib

Çexiyada prezidenti elektron poçtla hədələyən şəxs həbs edilib

Çexiyanın Ceska Lipa bölgəsindən bir şəxsin iyulun 17-də prezident Petr Pavelə göndərdiyi elektron məktubda Prezident Aparatına uzaqdan idarə olunan partlayıcının yerləşdirildiyini iddia edərək prezidenti təhdid etdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyadakı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxs daha sonra prokurorluğa sövq edilib. O cəmiyyətin əmin-amanlığını pozmaq və təşviş yaratmaq ittihamı ilə 3 ilə qədər həbs cəzası ala bilər. Prezident Pavel hadisənin "məyus bir insanın fərdi hərəkəti" olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə