Əlcəzairdə dəhşətli qəza olub - 34 nəfər həlak olub

Əlcəzairdə dəhşətli qəza olub - 34 nəfər həlak olub

Əlcəzairdə sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Əlcəzairin cənubunda yerləşən Tamanrasset şəhərinin Atoll kəndində səhər saatlarında sərnişin avtobusu və minik avtomobili toqquşub. Yol-nəqliyyat hadisəsindən sonra yanğın baş verib və qəzanın yükü ağır olub. Ən azı 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. Alov içində qalan avtobus yararsız hala düşüb. Qəza ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, Əlcəzairdə 2021-ci ildə təxminən 7186 yol qəzası baş verib. Bu qəzalar nəticəsində 2 min 643 nəfər həyatını itirib, 11 min 479 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə