Son yüz ilin ən isti iyul ayında temperatur rekordları qırılmaqda davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında havanın temperaturu 47 dərəcəyə çatdığı halda, qızmar istidən ən çox zərər çəkənlər - vəhşi heyvanlar və quşlardır.
Həcc ziyarətindən sonra Mədinəyə gələn zəvvarlara günorta saatlarında otellərini tərk etməmələri tövsiyə olunur. Gündə beş vaxt namaz qılmaq üçün Məscid-i Nəbəviyə gələn zəvvarlar günorta saatlarında sürətlə gəzərək çöldə qalma müddətini azaldırlar. Yaşlı ziyarətçilərə çətirlərdən istifadə etmək tövsiyə olunur.
Zəvvarlar kondisionerli lüks avtobuslarla daşınır. Çox vaxt cib telefonları da həddindən artıq istilər səbəbindən sıradan çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB