Türkiyədə daha 3 FETÖ üzvü həbs olunub

Türkiyədə daha 3 FETÖ üzvü həbs olunub

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan sərhədindən qeyri-qanuni yollarla ölkəyə keçməyə cəhd edən 3 FETÖ üzvünün həbs olunduğunu bildirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirliyin açıqlamasında bunlar qeyd olunub: "Sərhədlərdə mübarizəmiz davam edir. Yunanıstandan ölkəmizə keçməyə çalışan 3 nəfər sərhəd bölmələrimiz tərəfindən yaxalanıb. Tutulan şəxslərin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə