"Qara dənizdə Ukrayna minaları məhv edilib" - Rusiya MN

"Qara dənizdə Ukrayna minaları məhv edilib" - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Bosfor boğazından 180 kilometr şimal-şərqdə Ukraynaya məxsus minanın məhv edildiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, Qara dənizdə patrul xidməti həyata keçirən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Sergey Kotov gəmisinin Ukraynaya məxsus mina aşkar etdiyi bildirilib.

“Ka-27” tipli helikopterin bölgəyə istiqamətləndiyi bildirilən açıqlamada helikopterin açdığı atəş nəticəsində Boğazın 180 kilometr şimal-şərqində minanın məhv edildiyi paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə