Türkiyənin ilk uzun mənzilli milli radarı ERALP inventarına girmək üçün gün sayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Aselsan" 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ("IDEF 2023") yerli və xarici ziyarətçilərə rabitə, hava hücumundan müdafiə, avionika, elektro-optika, elektron müharibə, radar və pilotsuz sistemlər sahələrindəki imkanlarını nümayiş etdirəcək.
Son zamanlar diqqət çəkən məhsullardan biri olan ERALP Portativ Erkən Xəbərdarlıq Radar Sistemi də "IDEF 2023" sərgisində nümayiş etdiriləcək. Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq, Müdafiə Sənayesi rəhbərliyinin sədrliyi altında "Aselsan" tərəfindən inkişaf etdirilən və istehsal edilən ilk uzun mənzilli milli erkən xəbərdarlıq radar sistemi ERALP-nin ölkəyə girişi üçün geri sayma başlayıb.
S-Band, ERALP, AESA rəqəmsal şüa formalaşdıran infrastrukturda anten arxitekturasına malik taktiki təkərli platformalarda tez quraşdırıla və yığıla bilən yeni nəsil radar kimi seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB