İş adamına kobra ilə sui-qəsd olub

İş adamına kobra ilə sui-qəsd olub

Hindistanın Uttarakhand əyalətində 5 nəfər iş adamını öldürmək üçün kobradan istifadə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilan təlimçisi həbs olunub, hadisəyə qarışan digər 4 nəfər isə qaçıb.

"Hindustan Times"ın məlumatına görə, polis rəsmiləri iyulun 15-də Haldvani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılan 30 yaşlı iş adamı Ankit Çauhanın ölüm səbəbinin "ilan zəhəri" olduğunu açıqlayıb.

Səlahiyyətlilər, ilan təlimçisinin kobradan istifadə edərək öldürmək və qətli qəza kimi göstərmək ittihamı ilə həbs edildiyini, hadisədə iştirak edən digər dörd nəfərin isə qaçdığını bildirib.

Polis əməkdaşı Nainital Pankaj Bhatt verdiyi açıqlamada Çauhanın telefon zənglərinin skan edildiyini və onun Mahi adlı qadınla əlaqə saxladığını öyrəndiklərini bildirib. Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığını qeyd edən Bhatt, bu şəxsin nəzarətə alındığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə