ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə, Avropa ölkələrindən Amerikanın Ukraynaya yardıma görə xərclərini ödəmək niyyətində olduğunu bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Avropadan xahiş edəcəm ki, Ukraynaya göndərilən silah ehtiyatlarının bərpası xərclərini bizə ödəsin”, – deyən siyasətçi daha sonra, Vaşinqtonun artıq xərclənən vəsaitə görə kompensasiya almalı olduğunu, lakin bunun baş vermədiyini bildirib.
Trampa görə, hazırda zəifləyən ölkəsinə görə Avropada Amerika lideri Cozef Baydenə hörmət etmirlər.
Sabiq prezident qeyd edib ki, Avropa ölkələri Amerika hakimiyyətinin xərclədiyi 200 milyard dolların yalnız kiçik bir hissəsini geri qaytarıb.
Qeyd edək ki, bundan əlavə, eks-prezident ABŞ-ın indiki hökumətini də ittiham edib ki, onun hərəkətləri ölkə ordusunda könüllülərin çatışmazlığına, eləcə də silah qıtlığına səbəb olub. Yeri gəlmişkən, Tramp ölkəyə yenidən rəhbərlik edəcəyi təqdirdə, ordunun “rekord maliyyə vəsaitinə” sahib olacağına söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB