Köçəryanın bütün əhli-əyalından hesabat istəniləcək?

Köçəryanın bütün əhli-əyalından hesabat istəniləcək?

Robert Köçəryanın ailəsi prokurorluğa çağırılıb. SİA-nın əldə etdiyi məlumata görə, bundan bir az əvvəl məhkəmə eks-dövlət başçısının puluna və əmlakına həbs qoyub.

Beləliklə, Ermənistanın keçmiş prezidenti, Qarabağ münaqişəsinin qızışdırıcılarından biri Robert Köçəryanın bütün ailəsi Baş Prokurorluğa çağırılıb.

Qeyd edək ki, bu Respublika Ədliyyə Nazirliyinin məlumatında da təsdiqini tapıb.

Prokurorluğa eks-dövlət başçısının özündən başqa, onun həyat yoldaşı Bella, qızı Qayane və əri, həmçinin oğulları Sedrak və Levon və onların həyat yoldaşları da çağırılıblar. Onların hamısının avqustun 1-də prokurorluqda olmalıdırlar.

...Ardıcıl 5 ildir ki, mənə problem yaratmağa,haqqımda mənfi rəy formalaşdırmağa, işimə mane olmağa çalışırlar. Məndə artıq immunitet formalaşıb, ona biganə yanaşıram. Mən işimi davam etdirəcəm və həmişə olduğu kimi izləyicilərimlə əlaqə saxlayacağam.

Deyim ki, bunu Robertin kiçik gəlini, müğənni Siruşo deyib.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluq Robertin İrəvanın Kentron rayonunun inzibati binalarındakı 20 ədəd daşınmaz əmlakın, iki nəqliyyat vasitəsinin, 18 xarici və Ermənistan şirkətində payların, 1,5 milyon dollar dəyərində əmanət və qiymətli kağızların, həmçinin 22 milyard dramın müsadirə edilməsində israrlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə