...Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının ikinci müdafiə xəttini keçdikdən sonra əks-hücumun sürətləndirilməsindən danışmaq olar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
Hər şeyin lazım olduğu kimi getdiyini deyən ukraynalı hərbçi, döyüşçülərin həyatının maksimum təhlükəsizliyini nəzərə alındığını da önə çəkib.
Onun sözlərinə görə, hazırda ukraynalı döyüşçüləri qarçıda çox sıx partlamamış mina maneələri gözləyir.
Qeyd edək ki, Kovalenko, rusların işğal etdikləri əraziləri həddən artıq minaladıqlarını da diqqətə çatdırıb. O, ilk müdafiə xəttini keçməyincə, tezliklə heç nə olmayacağını da etiraf edib. Bununla yanaşı, ukraynalı hərbçi bunun tez bir zamanda baş verməyəcəyini də gizlətməyib.
...Çünki ikinci müdafiə xətti az minalanmış olsa da, zirehli texnikanın, artilleriyanın və hər şeyin böyük bir konsentrasiyası var. Yalnız ikinci müdafiə xətti yarıldıqdan sonra hansısa sürətlənmədən danışmaq olar.
...Amma buna baxmayaraq, heç nə və heç vaxt asan olmayacaq, çünki bu müharibədir.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ləngiməsini elə də uğursuz hesab etmədiyini bildirib.
Belə ki, o iyulun 18-də Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasından sonra keçirdiyi brifinqdə, rusların kompleks müdafiə xətti yaratmaq üçün bir neçə ay vaxtı olduğunu xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB