ABŞ Ukraynanın kənd təsərrüfatına 250 milyon dollar ayırır

ABŞ Ukraynanın kənd təsərrüfatına 250 milyon dollar ayırır

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, ABŞ administrasiyası Ukraynaya onun kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün daha 250 milyon dollar ayırır.

“Əlavə 250 milyon ABŞ dolları ilə USAID suvarma sistemləri, taxıl elevatorları, yük daşıma qurğuları, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, - sənəddə deyilir. O qeyd edir ki, bu vəsait həm də kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl ABŞ belə məqsədlər üçün Ukraynaya 100 milyon dollar ayırmışdı.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə