Krım körpüsünün təmiri 1-1,3 milyard rubla başa gələcək?

Krım körpüsünün təmiri 1-1,3 milyard rubla başa gələcək?

...Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra Krım körpüsünün təmirinin dəyəri 1 milyard rublu keçə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirib.

Bu arada Xusnullinin dediklərinə istinad edən “İnterfaks” təmirlə bağlı xərclərın 1,3 milyard rubla çata biləcəyini bəyan edib.

Xatırladaq ki, iyulun 17-də Krım körpüsünə hücum edilib. Rusiya Federasiyasının Milli Antiterror Komitəsi partlayıcı maddələrlə doldurulmuş Ukrayna yerüstü pilotsuz təyyarələrinin hücumu barədə məlumat yayıb.

Qeyd edək ki, hücum zamanı Belqorod vilayətinin iki sakini həlak olub, bir uşaq isə yaralanıb. Hücumla bağlı cinayət işi açılıb.

Araşdırma, körpünün dayaqlarının zədələnmədiyini göstərib.

Körpüdə dəmir yolu hərəkəti bazar ertəsi səhər bərpa edilib, çərşənbə axşamı günü hərəkət bir zolaqda əks rejimdə bərpa edilib.

Xüsnullin bundan əvvəl bir tərəfdən ikitərəfli hərəkətin sentyabrın 15-dək, digər tərəfdən isə noyabrın 1-dək bərpasının planlaşdırıldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə