Türkiyə prezidenti Qətər əmiri ilə görüşəcək

Türkiyə prezidenti Qətər əmiri ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz səfərinin növbəti dayanacağı Qətər oldu. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Səudiyyə Ərəbistanından Qətərə keçən Ərdoğan 8 aylıq fasilədən sonra getdiyi paytaxt Dohada Qətər əmiri Şeyx Təmim ibn Haməd əl-Sani ilə görüşəcək.

Lusail sarayında rəsmi mərasimlə qarşılanacaq Türkiyə prezidenti Qətər əmiri Təmim ibn Haməd əl-Sani ilə bir araya gələcək, iki ölkənin nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə və onun şərəfinə veriləcək rəsmi şam yeməyinə iştirak edəcək.

Qeyd edək ki, R.T.Ərdoğanın Körfəz turunda son dayanacağı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq. O, 19 iyulda Abu-Dabidə BƏƏ dövlət başçısı Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyan ilə görüşəcək. Eyni zamanda, hər iki ölkənin nazirləri və iş adamları mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar, xüsusilə, yeni iqtisadi əməkdaşlıq imkanları müzakirə olunacaq.

Körfəz turundan sonra Ərdoğan Şimali Kipr Türk Respublikasına gedəcək. Paytaxt Lefkoşada tikintisi başa çatan Yeni Ercan Hava Limanının açılışını Kipr Sülh Əməliyyatının ildönümündə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə