ABŞ rəsmi Kiyevin törətdiyi terror aktlarını rədd etdiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski Qərb üçün toksitə, yəni zəhərə çevrilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri iyulun 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqramında paylaşıb.
Zaxarova Ağ Evin sözçüsü Con Kirbinin ABŞ-ın Krım körpüsündə törədilən terror aktında iştirakının olmaması ilə bağlı açıqlamalarını şərh edərkən ABŞ-ın Ukraynanın dünənki terror aktı ilə bağlı mövqeyini növbəti manipulyasiya adlandırıb.
Onun sözlərinə görə, ABŞ Ukraynaya Amerika silahlarının tədarükü ilə onun törətdiyi terror aktları arasında bölücü xətt çəkərək, Kiyev rejiminin başçısı Vladimir Zelenskinin Qərb üçün zəhərli olması tezisini bir daha təsdiqləyir.
“...Ağ Ev açıq şəkildə Kiyev rejimi tərəfindən törədilən terror aktlarını təkzib edərək, silah transferi ilə terror hücumları arasında bölücü xətt çəkdi. Bu, əlbəttə ki, başqa bir manipulyasiyadır. Ancaq başqa bir şeyi, Zelenskinin artıq Qərb üçün zəhərli olduğunu demək vacibdir”.
Mariya Zaxarova yazıb bunu.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Vaşinqtonun Kiyevi Rusiya ərazisinə zərbə endirməyə həvəsləndirmədiyini və ümumiyyətlə ona imkan vermədiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB