Bu arada “The Times of Israel” nəşri İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazların keçirildiyi barədə yazıb. SİA nəşrə istinadən “müqavimət günü”ndə yüz minlərlə insanın nümayiş keçirəcəyinin gözlənildiyini bildirir. Etirazçılar artıq onlarla şəhərdə yolları bağlayıb, bir neçə şəhərdə isə polislə toqquşmalar da qeydə alınıb.
Hazırda təxminən 20 nəfərin həbs edildiyi bildirilir. Yerli polisin məlumatına görə, onların hamısı, ictimai asayişi pozmaqda ittiham olunurlar.
Səhər saatlarında etirazçılar Təl-Əviv birjasının girişini bağlayıb, bundan sonra binaya daxil olaraq orada etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, islahatın əleyhdarları bunun ölkəyə iqtisadi ziyan vuracağını iddia etsələr də, hakimiyyət bu narahatlığı rədd edir.
Nümayişçilər həmçinin ölkənin müdafiə ordusu olan İsrail Müdafiə Qüvvələrinin qərargahında İsrail bayrağını da endiriblər.
Bundan əvvəl bir qrup ehtiyatda olan hərbçi qərargahın girişini bağlayıb. Hərbçilər dəfələrlə xəbərdarlıq ediblər ki, hakimiyyət məhkəmə islahatlarından keçərsə, könüllü xidməti dayandıracaqlar.
Onlar “qeyri-demokratik İsraildə” xidmət edə bilməyəcəklərini iddia edirlər.
Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı ilk etirazlar 2023-cü ilin martında keçirilib. Belə ki, bir gündə, martın 26-da 600 mindən çox nümayişçi küçələrə çıxaraq tətilə başlayıb.
Daha sonra Netanyahu məhkəmə islahatlarına baxılmasını Knessetin yay sessiyasına qədər təxirə salmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB