Rusların vurulmuş tankları Britaniyada elmi laboratoriyada tədqiq ediləcək
Britaniyadakı elmi laboratoriyada, Solsberi yaxınlığındakı Porton Daun sənaye parkında, Ukraynada xüsusi hərbi əməliyyat zamanı vurulmuş rus tanklarını öyrənirlər.
SİA-nın əldə etdiyi məlumata görə, iyulun 18-də “Profil” bu barədə Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakinin “The Telegraph”a müsahibəsinə istinadən yazır.
Solsberi yaxınlığında yerləşən Porton Daun sənaye parkının hərbi elm və texnologiya laboratoriyasının əməkdaşları Ukrayna ərazisindən Britaniyaya gətirilən Rusiyaya məxsus dağılmış tanklar üzərində araşdırma aparırlar.
Bu tədqiqatların əhəmiyyətini Toni Radakin əsaslandıraraq qeyd edib ki, Rusiya zirehli texnikasının tədqiqi mütəxəssislərə həm onun işləmə prinsipini öyrənməyə, həm də gələcəkdə onunla mübarizə üsullarını inkişaf etdirməyə imkan verəcək.
Eyni zamanda, britaniyalı yüksək rütbəli hərbçinin sözlərinə görə, elm adamları hər bir təfərrüatı təhlil edirlər, çünki bu, təkcə Rusiya zirehli maşınlarının zəifliklərini öyrənmək üçün deyil, həm də sonradan hərbi sənaye kompleksində istifadə oluna biləcək xüsusiyyətləri öyrənmək üçün lazımdır.
Qeyd edək ki, Rusiya avadanlığının öyrənilmək üçün köçürüldüyü hərbi elmi-texniki laboratoriyanın əməkdaşları da kimyəvi və bioloji silahların tədqiqi üzrə ixtisaslaşıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB